29 
Iyn
2020
13:41
1631

Parlament konstitusiya dəyişikliyini 3- cü oxunuşla təsdiqlədi

10-cu çağırış parlament 120 proporsional və 30 majoritar sistemlə seçiləcək deputatlardan ibarət olacaq.

InterPress.ge xəbər verir ki, parlament konstitusiya dəyişikliyini 3- cü oxunuşla təsdiqlədi.

Belı ki, dəyişikliyə əsasən 2020-ci ilin parlament seçkiləri 120/30 proporsional keçiriləcək. Konstitusiya dəyişikliyinə 117 deputat lehinə 3 deputat isə əleyhinə səs verdi.

Layihəyə görə, 2020 ci ilin parlament seçkiləri qarışıq seçki sistemi ilə keçiriləcək ( 120 proporsional, 30 majoritar) və baryer 1% olacaq. 2020-ci ilin parlament seçkisində proporsional sistemlə 40.54 %-dən az səs toplayan partiya höküməti formalaşdırma hüququna malik olmayacaq.

2020 ci ilin parlament seçkilərində ölkə miqyası ilə 30 birmandatlı majoritar seçki məntəqəsi yaradılacaq.

Kvemo Kartli - 3 rayon (Rustavi Bələdiyyəsi və Qardabani Bələdiyyəsi Norio, Martkopi, Axalisopeli, Sartiçala, Gamargveba, Axali Samqori, Lemşveniera, Teleti, Kumisi və Krçanisi İnzibati Birlikləri.

İkinci – Marneuli və Qardabani Bələdiyyələri.

Üçüncü- Tetriçğaro Bələdiyyəsi , Bolnisi bələdiyyəsi, Dmanisi bələdiyyəsi və Çalka bələdiyyəsi.

Bizimlə əlaqə saxlayın