11 
Okt
2022
14:08
271

Dil maneəsi, müəllimlərin qeyri-kafi sayı, dərsliklərin zəif tərcüməsi - IDFI etnik azlıqların problemlərindən danışır

2021-ci ildə təhsil, elm və peşə hazırlığına xərclər təxminən 2,2 milyard təşkil edib ki, bu da ÜDM-in 3,6%-i deməkdir.

InterPress.ge xəbər verir ki, bu barədə İnformasiya Azadlığının İnkişafı İnstitutunun dərc etdiyi araşdırmada bəhs edilir.

DFI tərəfindən dərc edilən hesabatda təhsil sektorunun icmalı, etnik azlıqların və sosial cəhətdən həssas qrupların üzləşdiyi problemlər qeyd olunub.

IDFI-nin məlumatına görə, 2021-ci ildə 2,2 mlrd. larinin cəmi 1,2%-i inklüziv təhsilə xərclənib. Həmçinin Gürcüstan əhalisinin 13,2%-ni etnik azlıq təşkil edir və 2021/22-ci ilin məlumatlarına görə, 207 qeyri-gürcü dilli məktəbdə 54325 şagird təhsil alır. 2021/22-ci ilin məlumatlarına görə, məktəblərdə 10684 xüsusi təhsilə ehtiyacı olan şagird var.

"2021-ci ildə peşə məktəbinə 250 etnik azlıq nümayəndəsi qəbul olunub ki, bu da 2016-cı illə müqayisədə 17 dəfə çoxdur. 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq, yalnız 164 xüsusi təhsilə ehtiyacı olan tələbə peşə məktəblərinə qəbul olunub (illik nisbətdə -37%).  Eyni rəqəm 2021-ci ildə 201-ə yüksəlib. Eyni zamanda, 2021-ci ildə xüsusi təhsilə ehtiyacı olan şəxslər arasında təhsili dayandırılmış tələbələrin sayı iki dəfə artıb.

2010-cu ildən 2018-ci ilə qədər etnik azlıq nümayəndələri tələbələrin sayı 5 dəfə artıb. 2021 qeyri-gürcü dili bilikləri üzrə imtahanda iştirak etmək üçün 2665 abituriyent qeydiyyatdan keçib ki, bu da abituriyentlərin 7%-ni təşkil edir və 2010-cu illə müqayisədə +3 faiz çoxdur. 2021 Gürcüstanda ali təhsilli işçi qüvvəsi arasında işsizlik səviyyəsi 15,5% təşkil edib", - araşdırmada qeyd olunub.


 

Bizimlə əlaqə saxlayın