Külli miqdarda bəyan edilməmiş qızıl-zinət əşyalarını Gürcüstanın gömrük sərhədindən keçirməyə cəhd faktlarının qarşısı alınıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin nümayəndələri ilə razılaşaraq həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda bəyan edilməmiş qızıl-zinət əşyalarının Gürcüstanın gömrük sərhədindən keçirməyə cəhd faktlarının qarşısını alıblar.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.
Məlumata görə, istintaq müəyyən edib ki, bir halda Livan vətəndaşı Batumi hava limanı vasitəsilə Türkiyə Respublikasından Gürcüstana gömrük nəzarətindən gizli yolla, ümumilikdə 11 kiloqrama yaxın gümüş və mirvaridən hazırlanmış qızıl-zinət əşyaları keçirib, digər halda isə Ermənistan Respublikasından Gürcüstana “Sadaxlı” gömrük-keçid məntəqəsi vasitəsilə 217 qram qızıl məmulatları satış məqsədilə gətirilib.
Götürülən qızıl-zinət əşyalarının ümumi gömrük dəyəri 42 383 lari təşkil edir.
Qeyd olunan fakt Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin birinci və ikinci hissələri ilə araşdırılır.


