10 
Okt
2022
18:35
385

Gürcüstan parlamentinin sədri Venesiya Komissiyasına və ATƏT/DTİHB-ə müraciət edir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məktubla Venesiya Komissiyasına və ATƏT/DTİHB-ə müraciət edir.

InterPress.ge xəbər verir ki, məktubda qeyd edildiyinə görə, Şalva Papuaşvili Venesiya Komissiyasından və ATƏT/DTİHB-dən Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı birgə sürətləndirilmiş rəy hazırlamağı xahiş edir.

“Hörmətli həmkarlar, 2022-ci ilin iyul ayından Gürcüstanda Avropa İttifaqının tövsiyələrinin yerinə yetirilməsi prosesi gedir. Avropa Şurasının qərarı verilən tövsiyələri yerinə yetirdikdən sonra Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini nəzərdə tutur.

Gürcüstan Parlamentinin özü müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin (Gürcüstan ərazisində 200-dən çox vətəndaş təşkilatından ibarət Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Gürcüstan Milli Platforması vasitəsilə) cəlb edilməsi ilə parlamentdəki siyasi partiyalarla bu prosesə rəhbərlik edir. Sözügedən proses üç səviyyədə baş verir: parlamentin işçi qrupları, parlament komitələri və plenar iclas formatında.

Seçki Məcəlləsinə yenidən baxılması üzrə Hüquq Məsələləri Komitəsində yaradılmış İşçi Qrupu parlamentdəki siyasi qrupların üzvləri ilə yanaşı, Mərkəzi Seçki Komissiyasının, Dövlət Audit Xidmətinin və vətəndaş təşkilatlarının nümayəndələrindən ibarət olub. İşçi qrup Seçki Məcəlləsinə həm yeni təşəbbüslər, həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Venesiya Komissiyası və Avropa Şurasının korrupsiyaya qarşı mübarizə orqanı - GRECO tərəfindən verilmiş tövsiyələri nəzərə alan əlavələr hazırlayıb.

Hüquq Məsələləri Komitəsi düzəlişləri müzakirə edib və Parlament oktyabrın 5-də çoxpartiyalıların dəstəyi ilə birinci oxunuşda qəbul edib. Parlamentin iş qrafikinə əsasən, dəyişikliklərin üçüncü oxunuşunun dekabrın 13-də keçirilməsi nəzərdə tutulub. Yuxarıda qeyd olunanlara əsaslanaraq, təşəbbüs edilən dəyişikliklərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Venesiya Komissiyasının birgə sürətləndirilmiş rəyini hazırlamağınızı xahiş etmək istərdim. Sözügedən düzəlişlər və Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin rəyi məktuba əlavə olunur”,- Şalva Papuaşvilinin məktubunda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər