10 
Okt
2022
14:17
455

“Korrupsiyaya Qarşı Mübarizə Hərəkatı” - Rusiyadan Gürcüstana 81 min ton sanksiyaya məruz qalmış neft məhsulları daxil olub

“Korrupsiyaya Qarşı Mübarizə Hərəkatı”nın bildirdiyinə görə, sanksiya tətbiq edilən neft məhsulları – 81 min ton benzin Rusiyadan dəmir yolu ilə Qardabani gömrük-keçid məntəqəsindən Gürcüstana daxil olub.

InterPress.ge xəbər verir ki, bu barədə "Korrupsiyaya Qarşı Mübarizə Hərəkatının” yaydığı bəyanatda qeyd olunub.

Məlumata görə, “Antikorrupsiya Hərəkatı” qeyd olunanları təsdiq edən sənədlər alıb, onlardan məlum olur ki, məhsulun göndəricisi Rusiyanın neft nəhəngi, sanksiyaya məruz qalmış dövlət “Rosneft” şirkətidir, yükün Gürcüstana nəqliyyatını  “SPG Trading” təşkil edib  və yükün alıcısı "San Petroleum Georgia"olub.

“Hakimiyyətin yüksək vəzifəli şəxslərinin tez-tez Gürcüstanın Rusiyanın sanksiya altında olan məhsullarına əsas bazar və qara dəlik olmayacağını deməsinə baxmayaraq, faktlar bunun əksini sübut edir. Rusiya tərəfindən sanksiyaya məruz qalan məhsulların Gürcüstan ərazisində daşınması və satışının təşviqi sistematik xarakter alıb ki, bu barədə ictimai mənbələr dəfələrlə bəyan ediblər”, - Laşa Parulava bildirib.

“Korrupsiyaya Qarşı Mübarizə Hərəkatı”nın tərifinə əsasən, qəbul edən şirkət “San Petroleum Georgia” Ukrayna hökuməti tərəfindən sanksiya tətbiq edilənlər siyahısında olan “Petrocas Energy Group”a, Petrocas isə rəsmi olaraq rusiyalı oliqarx Davit İakobaşviliyə və Ukraynanın sanksiyasına məruz qalan gürcü biznesmen İvane Nakaidzeyə məxsusdur. Qeyri-hökumət təşkilatının məlumatına görə, iş adamı İvane Nakaidzenin payının əslində sanksiyaya məruz qalmış Rusiya neft nəhəngi “Rosneft”ə məxsus olması şübhə doğurur.

Bu il iyunun əvvəlində məlum olub ki, “Petrocas Energy Group”un baş direktoru İvane Nakaidze Rusiya dövlət neft şirkəti “Rosneft”in şirkətdəki 49%-lik payını alıb, baxmayaraq ki, maliyyə əməliyyatının təfərrüatları açıqlanmır, “Rosneft”ə ödənilən pulun məbləği məxfi saxlanılır, bütün bunlar da bizi bir daha sövdələşmənin uydurma olduğuna inandırır və onun məqsədi Rusiya neft məhsullarının sanksiyalarından yan keçməklə ticarəti asanlaşdırmaq olduğunu göstərir.

Bura cinayət əməli də daxil ola bilər ki, buna dövlət strukturları tərəfindən müvafiq cavab verilməlidir.

Əldə etdiyimiz məlumata görə, sözügedən sxemə çox güman ki, Gürcüstanın Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili himayə edir və bunu onun birbaşa etibar etdiyi yüksək vəzifəli məmur, Gəlirlər Xidmətinin rəis müavini Vladimir Xundadze həyata keçirir.

Hərəkat rəsmi olaraq Maliyyə Nazirliyinə müraciət edir, lakin bunun hər hansı cavabla nəticələnəcəyini gözləmir, baxmayaraq ki, biz maddi sübutları Maykl MakFallın beynəlxalq sanksiyalar qrupu və Avropa Birliyinin səlahiyyətli orqanları ilə bölüşmək niyyətindəyik”, - Korrupsiyaya Qarşı Mübarizə Hərəkatının” yaydığı bəyanatda qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın