Bu gün səhər saatlarında Kiyevin mərkəzində bir neçə güclü partlayış səsi eşidilib.
InterPress.ge xəbər verir ki, məlumatı Ukrayna mediası paytaxt merinə əsaslanaraq yayıb.
“Şevçenkov rayonunda - paytaxtın mərkəzində bir neçə partlayış baş verib. Təfərrüatlar sonra”, - Kliçko sosial şəbəkədə yazıb.
Partlayış nəticəsində ölənlərin olduğu bildirilib, lakin ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.
