Polis həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsi saxladı - VİDEO
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü T.Q.-ni qəsdən ailə üzvünü öldürmə ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaq müəyyən edib ki, Telavidə təqsirləndirilən şəxs sərxoş vəziyyətdə qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı 1996-cı il təvəllüdlü M.Q.-ni boğaz nahiyəsindən ölümcül yaralayaraq hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi tezliklə saxlayıblar.
Polis cinayət silahını - bıçağı sübut kimi götürüb.
Ailə üzvünün qəsdən öldürülməsi ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə aparılır.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.


