İyulun 3-dək Gürcüstanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata görə, dağətəyi ərazilərdə və düzənliklərdə havanın temperaturu +28, +33 dərəcə təşkil edəcək.
Tbilisidə gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu +32, +34 dərəcə olacaq.
