DİN qadını öldürməkdə şübhəli bilinən şəxsi Tbilisidə yaxaladı
Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürmə maddəsi ilə əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü P.P.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə
Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qurumun məlumatına görə, cinayət 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qisas məqsədilə 1970-ci il təvəllüdlü O.P.-ya kirayədə yaşadığı mənzildə fiziki xəsarətlər yetirib, nəticədə qadın yerindəcə keçinib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsi Tbilisidə yaxalayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.


