Razılıq olmadan abort etmək cinayət sayılacaq
Razılıq olmadan abort etmək cinayət sayılacaq.
InterPress.ge xəbər verir ki, müvafiq dəyişiklik "Cinayət Məcəlləsi"nə daxil edilib və parlamentin oktyabrın 10-da keçiriləcək iclasında təqdim ediləcək.
Layihəyə əsasən, zərərçəkənin əvvəlcədən razılığı olmadan hamiləliyin dayandırılması dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Layihədə nəzərdə tutulub ki, bu əməl insan tələfatına səbəb olarsa, beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Layihəyə əsasən, bu əməl yetkinlik yaşına çatmayan şəxsə, köməksiz vəziyyətdə olan şəxsə və ya əlilliyi olan şəxsə, iki və ya daha çox şəxsə qarşı, ailə üzvünə qarşı törədildikdə doqquz ildən on üç ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək.


