2023-cü ildən xroniki xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin maliyyələşdirilməsi artırılacaq
2023-cü ildən xroniki xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin maliyyələşdirilməsi iki dəfə artacaq və təxminən 50 milyon lariyə çatacaq.
InterPress.ge xəbər verir ki, bu barədə “İmedi”nin efirində işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili məlumat verib.
Onun sözlərinə görə, xroniki dərmanlar üçün artırılan büdcə çərçivəsində hər bir vətəndaşa güzəştlər olacaq.
“Hazırda vətəndaşlarımızın apteklərdən pulsuz aldıqları xroniki xəstəliklərin müalicəsi üçün dərmanlar təxminən 24 milyon lari ilə maliyyələşdirilir. 2023-cü ilin yanvarından bu dərmanlar üçün istinad qiymətləri, yəni dəyərin yuxarı həddi müəyyən ediləcək. Müvafiq olaraq, hazırda maliyyələşdirilən 24 milyonluq vəsaitlə biz daha çox dərmanı əhatə edəcəyik.
Bundan əlavə, gələn il xroniki xəstəliklər üçün dərmanların büdcəsi iki dəfə artırılaraq 50 milyon lariyə çatacaq. Bu o deməkdir ki, daha çox vətəndaş üçün daha çox dərman əlçatan olacaq ki, bu da öz növbəsində onların məmnunluğuna təsir edəcək”, - Zurab Azaraşvili bildirib.


