08 
Okt
2022
10:25
307

Polis Tbilisidə baş vermiş qəsdən adam öldürmə hadisəsi ilə bağlı bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları 2002-ci il təvəllüdlü İ.Z.-ni  qəsdən adam öldürmə maddəsi ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

“DİN-in İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzi "112"-yə mənzil sahiblərindən biri tərəfindən kirayə verdiyi mənzilin qapısının bağlı olması, kirayədə yaşayan xarici vətəndaş İ.Z. ilə əlaqə saxlaya bilməməsi barədə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar İdarəsinin xilasediciləri hadisə yerinə gələrək qeyd edilən mənzilin qapısını açmağa başlayıb, bu zaman İ.Z qapını içəridən açıb və qaçmağa cəhd edib. O, Fövqəladə Hallar İdarəsinin əməkdaşlarına müqavimət göstərsə də, xilasedicilər onun qaçmasına imkan verməyib və polis gələnə qədər onun qaçmasının qarşısını ala biliblər.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, xarici ölkə vətəndaşı olan şəxs Tbilisi şəhərində kirayədə yaşadığı mənzildə 1982-ci il təvəllüdlü Gürcüstan vətəndaşı M.S-nin bədəninə fiziki xəsarətlər yetirib, nəticədə qadın yerindəcə ölüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır.

Cinayət 15 ilə qədər həbslə cəzalandırılır”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər