07 
Okt
2022
10:29
1270

Kutaisi Hava Limanı bu tarixlərdə bağlı olacaq

Oktyabrın 10-dan Kutaisi Hava Limanı bərpa işləri ilə əlaqədar iki həftə müddətinə bağlı olacaq.

InterPress.ge xəbər verir ki, Kutaisi Beynəlxalq Hava Limanında oktyabrın 10-dan oktyabrın 24-dək uçuş-enmə zolağı bərpa olunacaq.

Reabilitasiya büdcəsi 8 milyon lari təşkil edir və onu Gürcüstan Hava Limanları Birliyi öz gəlirləri hesabına qarşılayacaq.

"Kutaisi Beynəlxalq Hava Limanında fəaliyyət göstərən aviaşirkətlər Gürcüstanın Tbilisi Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirəcək. Aviaşirkətlərin cədvəlləri sərnişinlərə məlumdur və buna uyğun olaraq biletlər satışa çıxarılıb. Kutaisi Beynəlxalq Hava Limanının bağlandığı müddət ərzində bəzi əməkdaşlarımız fəaliyyətini müvəqqəti olaraq Tbilisi Beynəlxalq Hava Limanında davam etdirəcəklər. Kutaisi Beynəlxalq Hava Limanında uçuşlara gəlincə, uçuşlar oktyabrın 25-dən bərpa olunacaq”, - Aeroportlar Birliyinin rəhbəri Tamar Arçuadze bildirib.

 

Bizimlə əlaqə saxlayın