Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə görə 4 nəfəri saxladı
Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə görə 4 nəfəri saxlayıb, müxtəlif növ narkotik vasitələri sübut kimi götürüb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində külli miqdarda və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələri maddi sübut kimi götürüblər.
Müxtəlif vaxtlarda həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 4 nəfər - 1997-ci il təvəllüdlü E.S., 1995-ci il təvəllüdlü S.O., 1983-cü il təvəllüdlü M.K. və 1996-cı il təvəllüdlü S.M. saxlanılıb.
Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları E.S.-ni Tbilisidə saxlayıblar. Polis təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama zamanı satış üçün hazırlanmış 3 bağlama “kokain” və 9 bağlama marixuana götürüb.
Vake-Saburtalo və Qldani-Nadzaladevinin Baş Bölmələrinin əməkdaşları təqsirləndirilən S.O. və S.M.-ni müxtəlif vaxtlarda Tbilisidə saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları S.O.-nun üzərindən şəxsi yoxlama zamanı maddi sübut kimi 25 büküm “Alfa-PVP” narkotik vasitə götürüblər.
Bundan əlavə, polis əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxsin satış üçün hazırladığı daha 5 bağlama narkotik vasitə götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları S.M.-nin üzərində şəxsi yoxlama nəticəsində maddi sübut kimi 49 ədəd “Subutex” narkotik vasitə və həb qəlpələri götürüblər.
M.K.-ya gəlincə, o, Sameqrelo-Zemo Svaneti polis idarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmək və saxlamaq ittihamı ilə saxlanılıb. Polis onun üzərindən şəxsi yoxlama zamanı maddi sübut kimi 100 həb “Suboxin” narkotik vasitə götürüb.
Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, külli miqdarda narkotik vasitələri saxlamağa cəhd, marixuananın qanunsuz alınması və saxlanması faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələri, 19-260-cı maddəsinin 5-ci hissəsi və 273-cü Prima maddəsinin 2-ci hissəsi ilə aparılır.
Cinayət 8 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.


