Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Sürücülərin nəzərinə! Bu cərimələr artırılır

2,269
Sürücülərin nəzərinə! Bu cərimələr artırılır
Dinləmək üçün basın

Parlament birinci oxunuşda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərə baxıb və 81 səslə yekdilliklə dəstəkləyib.

Parlament birinci oxunuşda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərə baxıb və 81 səslə yekdilliklə dəstəkləyib.

InterPress.ge xəbər verir ki, dəyişikliklərin bir hissəsi sürət həddinin aşılmasına görə cərimənin artırılması ilə bağlıdır.

Nəqliyyat vasitəsinin sürücüsünün sürət həddini 40 km/saatdan artıq aşması 150 lari deyil, 300 lari cərimə ilə nəticələnəcək.

Dəyişikliklər səs-küyün tənzimlənməsi məsələsinə də təsir edəcək. Bir tərəfdən, icazə verilən səs-küy səviyyəsi hökumətin qərarı ilə müəyyən edilir. Digər tərəfdən, istismar səs-küyü müəyyən edilmiş normadan artıq olan nəqliyyat vasitəsini idarə etmək 100 lari məbləğində cəriməyə səbəb olacaq və sürücülük vəsiqəsindən 10 bal silinəcək.

Dəyişiklik driftlərin qadağan edilməsinə də aid olacaq. Xüsusilə, qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən peşəkar idman tədbirində iştirak halları istisna olmaqla, nəqliyyat vasitəsinin qəsdən sürüşdürülməsi, sürüşdürmə ilə dairəvi fırlanması hərəkətləri 300 lari məbləğində cərimə və sürücülük vəsiqəsindən 30 bal azalma ilə nəticələnəcək. Qeyd edilən hüquqpozma nəqliyyat vasitəsinə, yola və ya digər tikiliyə, əmlaka və ya insan orqanizminə yüngül ziyan vurmaqla nəticələnərsə, cərimənin məbləği 500 lari olacaq.

Qanun layihəsi müəyyən edilmiş qaydalar pozulmaqla şüşələrin qaralmasından və sayrışan siqnallardan istifadəyə də şamil ediləcək. O cümlədən, müəyyən edilmiş qayda pozulmaqla şüşələri qaralmış və ya işığın ötürülməsi məhdudlaşdırılmış nəqliyyat vasitəsini idarə etməyə görə 50 lari deyil, 500 lari, müəyyən edilmiş qaydanı pozaraq sayrışan siqnallardan istifadə etməyə görə isə 200 lari əvəzinə 2000 lari cərimə tətbiq ediləcək.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →