Tbilisi Dövlət Universitetinin mühasibi külli miqdarda pulu mənimsəməkdə ittiham edilərək həbs edilib
TDU-nun mühasibi külli miqdarda pulu mənimsəməkdə ittiham edilərək həbs edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.
Gürcüstan Prokurorluğu İvane Gavaxişvili adına Tbilisi Dövlət Universitetinin mühasibini və onunla əlaqədə olan şəxsi külli miqdarda vəsaiti mənimsəmə və qanunsuz kredit götürmə faktı üzrə həbs edib.
Qeyd olunan faktla bağlı Dövlət Audit Xidməti və universitetin daxili auditi əsasında prokurorluq tərəfindən araşdırma başlanıb.
İş üzrə əldə edilmiş sübutlarla müəyyən edilib ki, Tbilisi Dövlət Universitetinin keçmiş mühasibi bu vəzifədə işlədiyi müddətdə öz rəsmi statusundan istifadə edərək universitetin hesabından bank hesablarına külli miqdarda - 165 min lari köçürüb və mənimsəyib.
İstintaq onu da müəyyən edib ki, təqsirləndirilən şəxslə cinayət əlaqəsi olan şəxs “TBC Bank”a guya universitetdə müxtəlif vəzifələrdə çalışırmış kimi səhv məlumat verib, nəticədə qanunsuz olaraq 105 min lari kredit alıb.
Saxlanılan şəxslər külli miqdarda pulu mənimsəmə, mənimsəməyə kömək etmə və qeyri-qanuni kredit götürmə maddələri ilə ittiham olunublar ki, bu da 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Artıq prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib", - deyə məlumatda bildirilir.


