Mixeil Saakaşvilinin amerikalı vəkili: "Yenidən aclıq aksiyasına başlasa, öləcək"
"Bizdə məlumat var ki, prezident Saakaşvili yemək yemir. Ona yemək aparıblar, amma yeməkdən imtina edib. Prezident Saakaşvili yenidən aclıq aksiyasına başlayarsa, tibb qrupları və həkimlər çox narahat olacaqlar".
InterPress.ge xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin amerikalı vəkili Masimo Dangelo bildirib.
“Biz hələ də buradayıq və amerikalı həkimə təsdiq cavabının gəlməsini gözləyirik. “Vivamed” klinikasının girişində tibb mütəxəssisləri səbirlə gözləyirlər. Ümid edirik ki, tezliklə bu təsdiqi alacağıq. Bizdə məlumat var ki, prezident Saakaşvili yemək yemir. Ona yemək aparıblar, amma yeməkdən imtina edib. Prezident Saakaşvili yenidən aclıq aksiyasına başlayarsa, tibb qrupları və həkimlər çox narahat olacaqlar. Ona görə də həkimlər ona baş çəkmək istəyirlər, çünki yemək yeməsə və aclığa başlasa, öləcək”, - deyə o söyləyib.


