05 
Okt
2022
12:26
301

Polis Tbilisidə bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1996-cı il təvəllüdlü Q.Ç.-ni qəsdən sağlamlığa az ağır zərər vurma və qanunsuz olaraq odlu silah almaq-saxlamaq-daşıma ittihamı ilə Tbilisidə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, bu il oktyabrın 5-də təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 1996-cı il təvəllüdlü L.S.-yə tapançadan atəş açaraq xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb və ona müvafiq köməklik göstərilib. Polis əməliyyat-istintaq tədbirləri nəticəsində Q.Ç.-ni təqsirləndirilən şəxs qismində saxlayıb.

Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq davam etdirilir.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər