05 
Okt
2022
12:11
985

Sərxoş şəxs "Ori Nabici" mağazasında işçilərə və müştərilərə hücum edib

Sosial şəbəkədə "Ori Nabici" mağazasında sərxoş əcnəbinin işçilərə və müştərilərə necə hücum etdiyini göstərən görüntülər yayılıb.

InterPress.ge xəbər verir ki, hər şey sərxoş şəxsin pulunun səhv hesablandığını bilməsi və mağazanın işçilərini təhqir etməsindən sonra baş verib

Saxlanılan şəxs İngiltərə vətəndaşıdır.

Patrul polisi "Ori Nabici” əməkdaşlarına hücum edərək onlara fiziki və şifahi təzyiq göstərən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 239-cu (xuliqanlıq) maddəsi ilə araşdırma aparılır.

Zərərçəkənlərin ciddi xəsarət almadığı və özlərini yaxşı hiss etdikləri bildirilib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər