05 
Okt
2022
11:56
687

Gürcüstanda sürücülük məktəbləri bəzi qaydalara tabe olacaqlar

Gürcüstanda sürücülük məktəbləri bəzi qaydalara tabe olacaqlar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin direktor müavini İmeda Makasaraşvili məlumat verib.

Makasaraşvilinin qeyd etdiyinə görə, müəyyən qanunvericilik dəyişiklikləri hazırlanıb və müzakirələr aparılır.

“Sürücülük məktəbinin namizədlərin hazırlanmasında mühüm rolu var. Təlim keçmiş namizəd o deməkdir ki, ixtisaslı müəllim tərəfindən öyrədilib. Ölkədə güclü sürücülük məktəblərinin olması bizim üçün çox vacibdir. Biz bu mövzu ətrafında fikirləşmişik, bununla bağlı bəzi qanunvericilik dəyişiklikləri hazırlanır, müzakirələr gedir və dəyişikliklər hazır olan kimi yaxın vaxtlarda sizə məlumat verəcəyik.

Sürücülük məktəbləri müəyyən qaydalara əməl edəcək və onlara qarşı müəyyən tələblər olacaq ki, bu da onların işini daha uğurlu edəcək, tədrisin keyfiyyətini yüksəldəcək, bu, bizim əsas məqsədimizdir və biz bu məsələ üzərində işləyirik”, - deyə Makasaraşvili bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər