Təhsil naziri müəllimləri peşə günü münasibətilə təbrik edir
Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə müraciıt edir və onları peşə günü münasibətilə təbrik edir.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi mılumat yayıb.
“Əziz müəllimlər, hər birinizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm!
Sevinirəm ki, qeyd olunan tarixlə əlaqədar hər il Gürcüstanda müəllim peşəsinin qiymətləndirilməsi və dəstəklənməsi məqsədi daşıyan bir sıra irimiqyaslı tədbirlər keçirilir.
Qədim zamanlardan müəllimlik ölkəmizin daha yaxşı gələcəyinin təmin edilməsində həlledici rol oynayan ən dəyərli və məsuliyyətli peşələrdən biri olub.
Hər bir müəllimin əvəzsiz əməyinin nəticəsidir ki, bu gün Gürcüstanı beynəlxalq arenada təmsil edən uğurlu gənclərimiz var. İnanıram ki, sizin peşəkarlığınız və münasibətinizlə ölkəmizdə daha çox tanınmış, savadlı nəsillər yetişəcək, bu da ölkəmizin inkişafı və tərəqqisi üçün möhkəm zəmin yaradacaq.
Əminəm ki, müəllimlərin peşəkar inkişafını təmin etməklə, onlara dəstək proqramlarını həyata keçirməklə biz müəllim peşəsinin daha da yüksək qiymətləndirilməsinə, nüfuzuna daha çox töhfə verəcəyik. Bu gün bir çox gəncin müəllim olmaq arzusunu ifadə etməsi, gələcək nəslin tərbiyə və təhsilinə öz töhfəsini verməyi istəməsi bunu sübut edir.
Bir daha Beynəlxalq Müəllimlər Gününüz mübarək, bu son dərəcə vacib peşəyə belə sədaqətlə xidmət etdiyiniz üçün sizə təşəkkür edirəm. Hər birinizə uğurlar, tərəqqi və firavanlıq arzulayıram!” – Mixeil Çxenkeli bildirib.


