04 
Okt
2022
22:34
437

Baş nazir hakim partiyadan ayrılanlara münasibət bildirdi

Biz ayrılmışıq, bizi onlar özləri ayırıblar, bu, hər şeyi deyir, bizim onların mövqeləri ilə bağlı fikir ayrılıqlarımız var və buna görə də ayrılmışıq.

InterPress.ge xəbər verir ki,  Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistin "APA-Economics"ə bildirib.

Baş nazirin sözlərinə görə, hər bir insanın düzgün hesab etdiyi istənilən qərarı vermək hüququ var.

"Biz demokratiyanı belə başa düşürük. Biz demokratik cəmiyyətik, mümkün qədər plüralizmi, müxtəlif ideyaların, ideologiyaların inkişafını təşviq etməliyik və sonda hansı ideologiyanın məqbul olduğuna insanlar qərar verməlidir. Mən bunu əvvəllər də demişəm, yenə də deyirəm - bu məsələlərlə bağlı biz daxili müzakirələr aparmışıq və onların mövqeləri ilə razılaşmadığımızı bildirmişik. Biz bunu aydınlaşdırdıq. Biz onlara bildirdik ki, onların bu mövqeləri belə ifadə etməsi yolverilməzdir", – Ğaribaşvili qeyd edib.

Hökumət başçısının bildirdiyinə görə, Gürcüstan çoxlu çətinlikləri olan kiçik ölkədir, bəzi ərazilər işğal olunub, bizə daha güclü tərəfdaşlar və müttəfiqlər lazımdır.

"Bizə hamı ilə, xüsusən də əsas tərəfdaşlarımız - Amerika Birləşmiş Ştatları, Avropa İttifaqının nümayəndələri ilə çox yaxşı, möhkəm əlaqələr lazımdır", - Ğaribaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın