Tbilisinin Isani rayonunda yanğın çıxıb.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi tərəfindən İnterpressNews-a verilən məlumata görə, 3 nömrəli Sənaye küçəsində taxta kazarma yanır.
Agentliyin məlumatına görə, yanğında heç kim xəsarət almayıb.
Fövqəladə Hallar İdarəsinin 4 yanğınsöndürmə briqadası yerində işləyir.
