Oktyabrın 10-dək Gürcüstanda vaxtaşırı yağışlı hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Havanın temperaturu gündüz saatlarında düzənliklərdə və aran bölgələrində +21, +26 dərəcə təşkil edəcək, yalnız oktyabrın 5-də Şərqi Gürcüstanın aran bölgələrində +27, +32 dərəcəyədək isti olacaq.
Cari həftənin gecə və axşam saatlarında Tbilisidə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun oktyabrın 5-də gündüz +29, +31, oktyabrın 6-7-də +25, +27 dərəcə təşkil edəcək, oktyabrın 8-9-da isə buludlu olacağı, yağış yağacağı, havanın daha da sərinləşəcəyi gözlənilir.
