03 
Okt
2022
21:44
1624

Şagirdlərin valideynləri: "Biz Rəhman müəllimin vəzifəsinə geri qayıtmağını tələb edirik"

Marneulinin Qırxılı kəndində gürcü dili müəllimi eyni zamanda Marneulinin bələdiyyə məclisinin üzvü Rəhman Musayev azyaşlı  şagirdləri diz üstə qoyaraq cəzalandırıb. 
InterPress.ge xəbər verir ki, əldə edilən məlumata görə, müəllim diz çökmüş uşaqların şəklini çəkərək valideynlərinə göndərib.

Məsələyə münasibət bildirən valideynlər müəllimin etdiklərinə etiraz etmədiklərini və belə üsullarla razılaşdıqlarını qeyd ediblər.

Onlar qeyd edirlər ki, bu cür üsullar uşaqların yaxşı oxumağına vasitədir.

"Allah ondan razı olsun, biz onu istəyirik. Biz Rəhman müəllimin vəzifəsinə geri qayıtmağını tələb edirik. Rəhman müəllim uşaqları elə cəzalandırıb çəkib, valideynlərə göndərib və deyib ki, uşaqlarınızı bu gün dərslərini danışmadıqlarına görə onları 30 saniyə cəzalandırmışam. Valideynlər də narazılıqlarını bildirməyiblər. Səhəri gün uşaqlar dərslərini öyrənib gedib danışıblar. Rəhman müəllim uşaqlarımızın gələcəyi üçün deyir uşaqların ali məktəbə qəbul olmaları, cəmiyyətə qarışmaları üçün. Görürsünüzmü təhsilli və təhsilsiz insanın danışıq tərzi eynidirmi?!",- valideynlərdən biri qeyd edir.

Qeyd edək ki, Rəhman Musayev  müəllimlikdən və Marneulinin bələdiyyə məclisinin üzvlüyündən istefa verib.

Bizimlə əlaqə saxlayın