Qərar verildi - Avropa İttifaqı bu tarixdən Gürcüstan vətəndaşlarına sərhədlərini açır
Avropa İttifaqı iyulun 1dən 14 ölkənin eləcə də Gürcüstan vətəndaşlarına qapılarını açır.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Le mondi yayır.
Le mondinin yaydığı məlumata görə, ölkə səfirlərini birləşdirən Avropa İttifaqının daimi nümayəndələr komitəsi iyunun 26 da razılıq əldə edib. Belə ki, Avropa İttifaqı 14 ölkə üçün sərhəd qapılarını açır.
Avropa İttifaqının sərhədlərini açdığı ölkələr bunlardır : Avstraliya, Kanada, Cənubi Koreya, Yaponiya, yeni Zelandiya, Ruanda, Tayland, Uruqvay, Əlcəzair, Mərakeş, Tunis, Gürcüstan, Monteneqro, Serbiya.
Qeyd edək ki, bu ölkələrin vətəndaşları Avropa İttifaqına karantin keçmədən daxil ola biləcəklər.
Məlumata görə, siyahıya Çin də əlavə edilə bilər. Yalnız bir şərtlə. Çin Respublikası da Avropa İttifaqının vətəndaşlarına qapılarını açmalıdır.
Onun da qeyd edək ki, Avropa İttifaqının bəzi üzv ölkələri bu qərarın bir daha nəzərdən keçirilməsini təklif edir.