03 
Okt
2022
14:45
751

SON DƏQİQƏ! Rəhman Musayev Marneuli Bələdiyyə Məclisinin üzvlüyündən istefa verdi

Qırıxlı kənd orta məktəbinin müəllimi və "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisinin üzvü Rəhman Musayev səlahiyyətinin dayandırılması ilə bağlı Sakrebulo sədrinə müraciət edib.

Bu barədə InterPress.ge- yə etibarlı mənbədən məlumat verilib.

Əldə etdiyimiz məlumata görə, Musayev ərizə ilə bu gün Bələdiyyə Məclisinin sədrinə müraciət edib.

Qeyd edək ki, Marneulinin Qırıxlı kəndində müəllim dərsi bilmədikləri üçün şagirdləri düz üstə çökdürüb və şəkillərini çəkərək valideynlərinə göndərib. Sözügedən müəllim Qırıxlı orta kənd məktəbinin direktorunun qardaşı oğlu və "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisinin üzvüdür. 

Uşaqların cəzalandırılmasını əks etdirən şəkil ictimailəşdikdən sonra, R. Musayev müəllimlikdən istefa verib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər