03 
Okt
2022
14:00
1028

Rəhman Musayevin mandatının dayandırılması və məktəb direktorunun işdən azad olunması tələb olunur

Marneuli şəhərinin Qırıxlı kənd orta məktəbinin müəllimi, eyni zamanda Marneuli Bələdiyyə Məclisinin üzvü Rəhman Musayevin mandatının dayandırılması və məktəb direktorunun işdən azad olunması tələb olunur.

InterPress.ge xəbər verir ki, qeyd olunan tələbin təşəbbüskarı Samirə Bayramovadır. 

S. Bayramovanın öz Facebook səhifəsində qeyd etdiyi tələbləri olduğu kimi təqdim edirik:

"- Uzun illərdir məktəbi şəxsi alətinə çevirən direktor məktəbdən azad olmalıdır;

- Uşaqlara şiddət göstərən şəxs qanunla cəzalandırılmalıdır və Sakrebulodakı mandatını tərk etməlidir;

- Bu kimi işbaz və zorakı şəxslərin əsas dəstəkçisi regionan susdur, icra orqanlarından qanlı əllərini çəksinlər".

Samirə Bayramova tələblərin yerinə yetirilmədiyi halda etirazlarla cavab veriləcəyini vurğulayıb.

Qeyd edək ki, Marneulinin Qırıxlı kəndində müəllim dərsi bilmədikləri üçün şagirdləri düz üstə çökdürüb və şəkillərini çəkərək valideynlərinə göndərib. Sözügedən müəllim Qırıxlı orta kənd məktəbinin direktorunun qardaşı oğlu və "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisinin üzvüdür. 

Uşaqların cəzalandırılmasını əks etdirən şəkil ictimailəşdikdən sonra, R. Musayev müəllimlikdən istefa verib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər