Avtomobil sahiblərinin nəzərinə! Rüsumlar artırılır
Nəqliyyat vasitələrinin qeydiyyatı və dövlət nömrə nişanlarının rüsumları artır.
InterPress.ge xəbər verir ki, bu barədə parlamentə təqdim olunan, müəllifi Maliyyə Nazirliyi, təşəbbüskarı isə hökumət olan qanun layihəsində qeyd olunub.
Nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinin verilməsi 35 lari deyil, 100 lari olacaq. Avtonəqliyyat vasitəsinin qeydiyyat nömrəsinin (dövlət nömrə nişanı) bir cütünün verilməsi 35 lari əvəzinə 80 lari, itirilmiş və ya zədələnmiş qeydiyyat nömrəsinin (dövlət nömrə nişanı) bir cütünün bərpası 35 lari əvəzinə 80 lari olacaq.
“Qanun layihəsinin qəbulu Xidmət Agentliyinin fəaliyyətinin vaxtında və rəvan həyata keçirilməsi, habelə Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsi tərəfindən qanunla onun üzərinə qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmək üçün zəruridir”, - qanun layihəsinin izahat kartında yazılıb.


