InterPress.ge xəbər verir ki, istintaq məcburetməni nəzərdə tutan 150-ci maddə ilə aparılır.
Qeyd edək ki, Marneulinin Qırıxlı kəndində müəllim dərsi bilmədikləri üçün şagirdləri düz üstə çökdürüb və şəkillərini çəkərək valideynlərinə göndərib. Sözügedən müəllim Qırıxlı orta kənd məktəbinin direktorunun qardaşı oğlu və "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisinin üzvüdür.
Məlumatlar sosial şəbəkədə yayıldıqdan sonra, müəllim R. Musayev istefa verdiyini açıqlayıb.
