Gürcüstana gəlmək istəyən 180-dən çox Rusiya vətəndaşı ölkəsinə geri qaytarılır
Rusiya-Gürcüstan sərhədi yaxınlığında səfərbərliyə məruz qalan 180-dən çox Rusiya vətəndaşı ölkəsinə geri qaytarılır.
InterPress.ge xəbər verir ki, bu barədə “TASS”a Şimali Osetiya hərbi komissarının müavini Abril Abdulayev məlumat verib.
Onun sözlərinə görə, “qurum ölkənin müxtəlif bölgələrindən Gürcüstana getmək üçün növbəyə duran vətəndaşları geri göndərir".
“TASS”ın məlumatına görə, Gürcüstan sərhədində hərbi komissarlığın və yerli hakimiyyət nümayəndələrinin daxil olduğu hərbi xidmətə çağırış üzrə operativ qrup işləyir. Onlar səfərbərliyə məruz qalan rusları qurumlara təhvil verəcək və Rusiyanın müvafiq qanunvericiliyinin normalarını izah edəcəklər. Respublikada yüksək hazırlıq vəziyyəti hələ də davam edir.
Sentyabrın 27-də Şimali Osetiya Daxili İşlər Nazirliyi Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars keçid məntəqəsində hərbi komissarlığın çağırış məntəqəsini açıb.


