Mixeil Saakaşvilini bu gün amerikalı hüquqşünas, sabah isə amerikalı nevroloq ziyarət edəcək
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini bu gün amerikalı hüquqşünas, sabah isə amerikalı nevroloq ziyarət edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze açıqlama verib.
Onun sözlərinə görə, ekspertlər ekspert araşdırmalarını bitirdikdən sonra rəy “Empatiya” mərkəzinin rəhbəri Mariam Cişkarianiyə təhvil veriləcək.
Sözügedən nəticəni aldıqdan sonra vəkillər cəzanın təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət edəcəklər.
“Məhkəmə Mixeil Saakaşvilinin cəzasının təxirə salınıb-salınmaması ilə bağlı qərar verməlidir, əgər belə olsa, bu, bir saatlıq məsələdir, o, təyyarəyə minib, sağlamlığının qayğısına qalacaq”, - Xaçapuridze bildirib.


