02 
Okt
2022
14:45
471

Tbilisidə tanışını bıçaqlayan şəxs saxlanıldı

Tbilisidə bir nəfər qəsdən adam öldürməkdə təqsirli bilinərək saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Z.T. -ni Tbilisidə qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

İstintaq zamanı müəyyən edilib ki, sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs tanışı - 1957-ci il təvəllüdlü D.Ş.-nin bədəninə xəsarətlər yetirib. O, hadisə yerində ölüb.

Z.T. izləri gizlətmək üçün mərhumun meyitini hadisə yerindən uzaqlaşdıraraq küçələrdən birinə qoyub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi isti təqib nəticəsində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.

 Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər