Türkiyə-Gürcüstan sərhədində miqrantı qanunsuz olaraq sərhəddən keçirməyə cəhd edən şəxslər saxlanıldı
Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının Acarıstan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində miqrantı qanunsuz yolla Gürcüstan-Türkiyə dövlət sərhədində keçirməyə cəhd edən 2 Gürcüstan vətəndaşı - 1988-ci il təvəllüdlü Q.Q. və 1993-cü il təvəllüdlü K.S., həmçinin 1 Türkiyə vətəndaşı - 1977-ci il təvəllüdlü İ.F. saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Türkiyə vətəndaşı H.G.-nin idarə etdiyi yük avtomobilində hazırlanmış gizlətmə yerində Suriya Ərəb Respublikası vətəndaşı M.A. adlı miqrantı qeyri-qanuni olaraq sərhəddən keçirməyə cəhd ediblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-Prima maddəsinin birinci hissəsinə əsasən aparılır.
Cinayət 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


