Daxili İşlər Nazirliyi 4 nəfəri saxladı, 8 nəfərə ittiham irəli sürdü
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində xarici ölkə vətəndaşlarının internet istifadəçilərinə qarşı dələduzluq faktı ilə bağlı 4 nəfəri saxlayıblar, 8 nəfərə isə ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılanlar bunlardır: 1972-ci il təvəllüdlü Z.S., 1991-ci il təvəllüdlü E.N., 1995-ci il təvəllüdlü İ.K. və 1994-cü il təvəllüdlü A.M.
İttiham irəli sürülüb: 1996-cı il təvəllüdlü Q.M., 1997-ci il təvəllüdlü N.V., 1992-ci il təvəllüdlü Q.T., 1990-cı il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı M.K., 1998-ci il təvəllüdlü İ.M., 1992-ci il təvəllüdlü Q.K., Rusiya Federasiyası və İsrail Dövlətinin vətəndaşı 1984-cü il təvəllüdlü İ.V. və Belçika Krallığının vətəndaşı 1989-cu il təvəllüdlü Q.C.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən İ.V. Gürcüstanda şirkət qeydiyyatdan keçirib, onun əməkdaşları xarici ölkənin, əsasən də Fransanın vətəndaşlarına öz internet brauzerində fransız dilində “pop up” mesajı göndəriblər, onların kompüterinin virusa yoluxduğunu və bunu aradan qaldırmaq üçün göstərilən nömrəyə zəng etməli olduqlarını bildiriblər. Mesajın bağlanma xüsusiyyəti olmadığından istifadəçilər kompüterdən istifadə edə bilməyiblər. Kompüterlərində ciddi problem olduğuna inanan müştərilər, yuxarıda adı çəkilən şirkət tərəfindən qeyd edilən nömrəyə zəng ediblər. Birinci mərhələdə şirkətin çağrı mərkəzinin fransız adları ilə tanınan əməkdaşları onlarla problemin ciddiliyi barədə danışaraq, həll edəcəklərinə söz veriblər. Buna inanan müştərilər müxtəlif onlayn ödəmə sistemlərindən istifadə edərək müəyyən bir məbləğ ödəyiblər, bundan sonra yuxarıda göstərilən şirkətin İT işçiləri zərərçəkənin kompüter cihazlarına daxil olmaq və pop-upları söndürmək üçün uzaqdan giriş proqramından istifadə ediblər, həmçinin zərərçəkənin şirkətdən xidməti aldığını düşünməsi üçün bəzi proqram təminatı quraşdırıblar.
İstintaq müəyyən edib ki, mütəşəkkil cinayətkar qrupun qanunsuz əməllərinin qurbanlarına ümumilikdə 767 min avrodan çox maddi ziyan dəyib.
Kompüter sisteminə icazəsiz daxil olma, mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq və qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 284, 180 və 194-cü maddələri ilə aparılır”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Cinayət 7 ildən 12 ilədək azadlıqdanməhrum etmə ilə cəzalandırılır.


