InterPress.ge xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Məlumata görə, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko sosial şəbəkədə yazıb.
"Ukraynanın silahlı qüvvələri, xüsusən də 81-ci Hava Desant Briqadası Ukrayna Milli Qvardiyasının bölmələri və Kulçitski batalyonu ilə birlikdə Donetsk vilayətinin Liman qəsəbəsini azad edib və nəzarəti ələ keçirib", - Timoşenko yazıb.
Bundan əvvəl mətbuatda Limanın girişində Ukrayna bayrağını qaldıran ukraynalı əsgərlərin şəkilləri dərc edilmişdi.
