01 
Okt
2022
10:03
640

Saakaşvili: "Ya azadlıq, ya ölüm!"

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin sözlərinə görə, indi o, zirehli jilet və pulemyotla ön cəbhədə dayanmalıdır.

InterPress.ge xəbər verir ki, bu barədə onun növbəti bəyanatında qeyd olunub.

Saakaşvilinin dediyinə görə, o, Ukrayna və Gürcüstanın taleyinin həll olunduğu yerdə olmağa borcludur.

"Əsirliyin 365-ci günü.

Bu həm də gürcülərin vətən müharibəsidir, burada ölkəmizin varlığı-yoxluğu məsələsi həll olunur. Mən bir sual vermək istəyirəm - necə ola bilər ki, müasir ordunun yaradıcısı həbsxanadan bu böyük döyüşü seyr edir? İndi mən zirehli jilet və pulemyotla ön cəbhədə olmalıyam. Mən Ukraynanın ən yüksək məmurları dairəsinin nümayəndəsi və Ukraynanın adi vətəndaşı, Gürcüstanın vətənpərvəri kimi Ukrayna və Gürcüstanın taleyinin həll olunduğu yerdə olmağa borcluyam.

Biz mütləq qalib gələcəyik!...Mən bunu ilk dəfə Rusiyanın genişmiqyaslı hücumunu görən və ölkəmizi sizinlə birlikdə xilas edən baş komandan kimi deyirəm. Artıq məni Gürcüstanın daxili siyasi ixtilafları maraqlandırmır, dünyada belə irimiqyaslı hadisə baş verir, orada məni də tanıyırlar, Rusiya ilə mübarizəm bəllidir.  Ya azadlıq, ya ölüm!” – Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın