28 
Iyn
2020
15:21
3548

Bu şəxslərə verilən sosial yardım iyulun 1-dən artırılır

Ağır əlilliyi olan və əlillik statusu olan uşaqların sosial yardım paketi 30 lari artırılır.

InterPress.ge xəbər verir ki, müvafiq qətnamə Gürcüstan höküməti 25 iyun tarixində qəbul etdi və o, 2020,ci ilin 1 İyul tarixində qüvvəyə minəcək.

Əlilliyi ağır olan şəxslər üçün:

“Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda həlak olan, itkin düşmüş, xəsarət nəticəsində dünyasını dəyişənlərin ailələrinin sosial müdafiəsi haqqında “Gürcüstan qanunun 1-ci maddəsinin 2-ci punktuna nəzərən 3 övladı həlak olmuş ağır əlilliyi olan valideynlər 594 lari alacaq.

“Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda həlak olan, itkin düşmüş, xəsarət nəticəsində dünyasını dəyişənlərin ailələrinin sosial müdafiəsi haqqında “Gürcüstan qanunun 1-ci maddəsinin 2-ci punktuna nəzərən 2 övladı həlak olmuş ağır əlilliyi olan valideynlər 494 lari alacaq.

“Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda həlak olan, itkin düşmüş, xəsarət nəticəsində dünyasını dəyişənlərin ailələrinin sosial müdafiəsi haqqında “övladı həlak olmuş əlilliyi olan yalnız analar 394 lari alacaq.

“Gürcüstanın ərazi bütövlüyü , müstəqilliyi və azadlığı uğrunda həlak olan, itkin düşmüş, xəsarət nəticəsində dünyasını dəyişənlərin ailələrinin sosial müdafiəsi haqqında “əlilliyi olan şəxslər 323 lari alacaq.

“Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda həlak olan, itkin düşmüş, xəsarət nəticəsində dünyasını dəyişənlərin ailələrinin sosial müdafiəsi haqqında “həlak olmuş şəxsin qoca valideyni və ya 18 yaşından çox olan övladı 294 lari alacaq.

Başqa dövlətdə ərazi bütövlüyü uğrunda mübarizə aparmış ağır əlilliyi olan şəxslər 294 lari alacaq.

Gürcüstanın və ya başqa dövlətin ərazi bütövlüyü uğrunda müharibədə iştirak edənlər -272 lari alacaq.

2-ci Dünya Müharibəsindən sonrakı dövrdə müharibə zamanı və ya müharibədən sonrakı dövrdə eləcədə müharibədən sonrakı dövrdə vəfat etmiş şəxsin, ana və ya həyat yoldaşı və ya 18 yaşdan yuxarı uşağın 272 lari alacaq.

Başqa ağır əliliyi olan vətəndaşlar - 250 lari alacaq.

Əlilliyi olan uşaqlar:

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizə apararaqhəlak olanların əlil övldı – 294 lari.

Başqa dövlətdə ərazi bütövlüyü uğrunda mübarizə apararaq həlak olan şəxsin əlil övladı – 272 lari.

Siyasi represiyalar qurbanı olaraq tanınan dünyasını dəyişmiş şəxsin əlil statuslu övladı- 257 lari.

Digər əlil statuslu uşaqlar isə 250 lari alacaq.

Bizimlə əlaqə saxlayın