30 
Sen
2022
14:09
342

Rusiya işğalçı qüvvələrinin nümayəndələri qanunsuz olaraq sərhədin nişanlanması işlərini həyata keçiriblər

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Knolevi kəndinin işğal olunmuş ərazisində qanunsuz olaraq sərhədin nişanlanması işlərini həyata keçiriblər, nəticədə qanunsuz olaraq metal dirəklər və naqillər çəkilib.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb. 

Qeyd olunan faktla bağlı dərhal qaynar xətt aktivləşdirilib və məlumat Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına və Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə məlumat verilib.

“İşğalçı qüvvələrin qanunsuz fəaliyyəti ilə bağlı hər bir hala, o cümlədən qeyri-qanuni olaraq sərhədin nişanlanmasına Gürcüstanın mərkəzi hökuməti və beynəlxalq tərəfdaşlarımız tərəfindən kəskin reaksiya verilir.

Bu məsələ Ergnet-in insidentlərin qarşısının alınması və reaksiya mexanizminin iclası çərçivəsində, eləcə də Cenevrədəki beynəlxalq müzakirələrdə kəskin şəkildə qaldırılacaq.

Qanunsuz olaraq sərhədin nişanlanması və ucaldılmış qurğular insanların sərbəst hərəkətinə mane olur, yerli əhalinin gündəlik həyatını çətinləşdirir, təhlükəsizlik mühitinə ziyan vurur.

Hazırkı prosesə görə tam məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, - deyə DTX-nin bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər