30 
Sen
2022
12:18
554

Gürcüstanda yaxın 2-3 həftə ərzində yanacağın qiyməti nə qədər ucuzlaşacaq?

"Yaxın 2-3 həftə ərzində “Visol Petroleum” yanacaqdoldurma məntəqələrində yanacaq 10-20 tetri ucuzlaşacaq".

InterPress.ge xəbər verir ki, bu barədə “Visol Group”un prezidenti Soso Pxakadze BMG-yə məlumat verib. 

“Visol Group”un rəhbəri izah edib ki, avqustun əvvəlindən “Visol” şəbəkəsində yanacaq 70-80 tetri ucuzlaşıb və bu, beynəlxalq bazarda neftin qiymətinin ucuzlaşması və ölkədə larinin məzənnəsinin möhkəmlənməsi fonunda baş verir. Soso Pxakadze qeyd edib ki, neft idxal edən şirkətlər yanacağın qiymətini təyin edərkən beynəlxalq bazardakı mövcud vəziyyəti nəzərə alırlar. 

“Visol Group”un prezidenti onu da qeyd edib ki, neft idxal edən şirkətləri yanacağın yüksək qiyməti sevindirmir, çünki bu zaman onların xərcləri artır.

Bizimlə əlaqə saxlayın