Yanvarın 1-dən avqustun 31-dək “Səs-küy haqqında qanun”un tələblərinin pozulması ilə bağlı 213 fakt aşkar edilib
Bu il yanvarın 1-dən avqustun 31-dək “Səs-küy haqqında qanun”un tələblərinin pozulması ilə bağlı 213 fakt aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən “İnterpressnews”a verilən məlumatda qeyd olunub.
Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 771-ci maddəsinə əsasən, 112 hüquqi və 32 fiziki şəxs qanunu pozub.
Məlumat üçün bildirək ki, 2021-ci ildə “Səs-küy haqqında qanun”un 26-sı fiziki, 85-i hüquqi şəxs tərəfindən olmaqla 170 pozuntu faktı aşkar edilib.
Akustik səs-küyün yol verilən normalarının ilk dəfə aşılması halında fiziki və ya hüquqi şəxsə xəbərdarlıq edilir, eyni xətanı törətdikdən sonra 1 il ərzində təkrar törədən fiziki şəxs 150 lari, hüquqi şəxs isə 500 lari məbləğində cərimə edilir.


