28 
Sen
2022
15:02
411

Dünyanın bəzi ölkələri Ukrayna ərazisində keçirilmiş “referendum”u tanımayıb

Dünyanın bir sıra ölkələri Ukrayna ərazisində keçirilmiş “referendum”u tanımayıb.

InterPress.ge xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynada “referendum”un keçirilməsini qəti şəkildə pisləyib. Salome Zurabişvili deyib ki, Ukraynada keçirilən “referendumlar” “son dərəcə həyasızlıqdır”.

"Biz bu gün Ukraynada keçirilən həmin "referendumları" qəti şəkildə pisləməliyik", - Gürcüstan Prezidenti bildirib.

Gürcüstan Prezidenti qeyd edib ki, bu, dünya və sivil insanlar üçün qətiyyən qəbuledilməzdir.

"Biz bu gün Ukraynada keçirilən referendumları qəti şəkildə pisləməliyik, çünki biz işğal olunmuş ərazilərdə keçirilən referendumların nə demək olduğunu və bu müharibə şəraitində nə olacağını bilirik", - prezident əlavə edib.

Avropanın bir çox ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, şərqi Avropa ölkələri “referendum”u pisləyiblər. İsrail də Ukraynada Rusiyanın “referendumunu” pisləyib.

Həmçinin, ABŞ da qeyd edib ki, yaxın günlərdə psevdoreferenduma qarşı cavab tədbirləri elan edəcək.

Ukraynanın Mərkəzi Seçki Komissiyası da itirlmiş ərazilərdə keçirilən psevdoreferendumları pisləyib.

 

Bizimlə əlaqə saxlayın