28 
Sen
2022
12:53
881

VMH Rusiya vətəndaşlarının Gürcüstana daxil olması üçün 1000 lari ödəmələri təşəbbüsü ilə çıxış edir

“Milli Hərəkat” Rusiya vətəndaşlarının Gürcüstana girərkən işğal töhfəsi kimi 1000 lari ödəmələri təşəbbüsü ilə çıxış edir.

InterPress.ge xəbər verir ki, bu gün, sentyabrın 28-də VMH-ın üzvü Levan Bejaşvili təşəbbüs haqqında danışıb.

Onun sözlərinə görə, qeyd olunan öhdəlik artıq Gürcüstanda olan Rusiya vətəndaşlarına şamil edilməlidir.

“Partiyamız və parlament fraksiyası Gürcüstanın işğalla bağlı qanununa dəyişiklik etmək üçün qanunvericilik təşəbbüsü ilə çıxış edir və bu proseslə bağlı siyasi bəyanat verəcəyik. Sözügedən qanun layihəsi Rusiya Federasiyası vətəndaşlarının Gürcüstan ərazisinə daxil olarkən işğal haqqını ödəmək öhdəliyini nəzərdə tutur. Bu məbləğ hər bir vətəndaş üçün 1000 lari olacaq.

Bu ödənişin təmin edilməsi, bir tərəfdən, Gürcüstan ərazisinin Rusiya Federasiyası tərəfindən işğal edildiyini və Rusiyanın təcavüzkar olduğunun tanınmasına təminat verəcək. Eyni zamanda, bu töhfə çəkindirici amilə çevrilməlidir ki, əgər onlar bunu etiraf etmək və pulu ödəmək istəməsələr, Gürcüstan ərazisinə daxil ola bilməyəcəklər”, - Levan Bejaşvili bildirib.

Onun sözlərinə görə, rusların bu ödənişləri köçkünlərin ehtiyaclarına yönəldiləcək.

“Sözügedən töhfənin yaradılması Gürcüstan ərazisində olan məcburi köçkünlər üçün həmrəylik bildirişi olacaq. Müvafiq olaraq, bu töhfənin ödənilməsi öhdəliyi üçün Məcburi Köçkünlər Nazirliyində məcburi köçkünlərə yardım fondu yaradılacaq və bu vəsait məcburi köçkünlərin ehtiyacları üçün məqsədyönlü şəkildə köçürüləcək”, - Bejaşvili bildirib.

Dünən, sentyabrın 27-də Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya əsasən, son 10 gündə 78 742 Rusiya vətəndaşı Gürcüstana daxil olub.

Qurum bildirib ki, sentyabrın 21-dən, yəni Rusiyada hərbi səfərbərlik elan edildikdən sonra Rusiyadan gələnlərin sayı artıb.

 

Bizimlə əlaqə saxlayın