28 
Sen
2022
11:58
206

Polis Mestia və Tbilisidə qanunsuz odlu silahlar müsadirə edib - 3 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri  nəticəsində Tbilisi və Mestiada qanunsuz odlu silah-sursat götürüb, 3 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tbilisi Polis Departamentinin Baş Dedektivlər İdarəsi və Baş İstintaq Bölməsinin əməkdaşları birlikdə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə 1992-ci il təvəllüdlü T.B.-ni Tbilisidə saxlayıblar. 

Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində keçmişdə məhkum olunmuş 1976-cı il təvəllüdlü İ.Q.-ni Tbilisidə saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərindən şəxsi axtarış zamanı sübut qismində avtomat silah götürüblər.

Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Mestia Rayon Şöbəsinin əməkdaşları 1994-cü il təvəllüdlü D.V. -ni qanunsuz olaraq odlu silah-sursat almaq-saxlamaq-daşıma ittihamı ilə saxlayıblar. 

Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən aparılır.

Cinayətlərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər