28 
Sen
2022
11:40
626

Abxaziya xarici işlər naziri: "Hesab edirik ki, Gürcüstanla müharibə ehtimalı yüksəkdir"

"Güc tətbiq etməmək haqqında saziş imzalanmazdan əvvəl Abxaziya hakimiyyəti Gürcüstanla müharibə ehtimalını yüksək qiymətləndirir".

InterPress.ge xəbər verir ki, bu barədə işğal olunmuş Abxaziyanın qondarma xarici işlər naziri İnal Ardzinba rusiya mətbuatına deyib.

“Gürcüstanla Cenevrə müzakirələrində gücdən istifadə etməmək haqqında saziş imzalamazdan əvvəl (hələ imzalanmayıb) hesab edirik ki, Gürcüstanla müharibə ehtimalı yüksəkdir. Gürcüstanın bu müqaviləni imzalamaması bunu deməyimizə əsas verir”, - Ardzinba bildirib.

Onun sözlərinə görə, Abxaziya qeyd olunan sazişi Cenevrədə oktyabrın əvvəlinə planlaşdırılan beynəlxalq danışıqların növbəti raundunda imzalamağa hazırdır.

“Oktyabrın əvvəlində, yəqin ki, 5-6-da Cenevrədə müzakirələrin növbəti raundu planlaşdırılır. Fikrimcə, bu, Gürcüstanla güc tətbiq etməmək haqqında saziş bağlamaq üçün əla fürsətdir. Əgər Gürcüstan sülhə meyllidirsə, o zaman bu müqaviləni imzalayacaq, yoxsa - bu o deməkdir ki, bu müqaviləni imzalamayacaq. Rəsmi olaraq deyə bilərəm ki, biz bu müqaviləni imzalamağa hazırıq”, - deyə Ardzinba bildirib.

Bundan başqa, onun sözlərinə görə, ABŞ Gürcüstana ikinci cəbhənin açılması üçün təzyiq göstərir.

 

Bizimlə əlaqə saxlayın