Keçən həftə 66 min Rusiya vətəndaşı Aİ ərazisinə daxil olub ki, bu da əvvəlki həftədən 30% çoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi Frontex məlumat verib.
Agentlik bildirib ki, əksəriyyət Finlandiya və Estoniya bölgəsinə keçib.
Frontex-in məlumatına görə, gedənlərin əksəriyyətinin vizası, yaşayış icazəsi və ya ikili vətəndaşlığı olub.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib və bundan sonra minlərlə insan Rusiyanı tərk edir.
