Yuxarı Larsda fövqəladə vəziyyət elan edilə bilər
Rusiyada qismən səfərbərlik davam edir.
InterPress.ge xəbər verir ki, ölkəni tərk etmək istəyənlərin sayı artır, Gürcüstan da daxil olmaqla qonşu dövlətlərin sərhəd-keçid məntəqələrində bir neçə kilometrlik avtomobil növbələri yaranıb.
Müharibəyə çağırışdan yayınmaq istəyən rusların qəbulu ilə bağlı Avropa ölkələrinin mövqeyi qarışıqdır - Finlandiya, Polşa, Estoniya, Latviya və Litva ölkəyə gəlmək istəyən rusiyalı kişilərə avtomatik sığınacaq verməyəcəklərini açıqlayıb. Almaniyada Rusiya vətəndaşlarının qəbulu məsələsinə baxdıqlarını deyirlər.
KİV-in məlumatına görə, Şimali Osetiya Rusiya regionlarından respublika ərazisinə nəqliyyatın girişinə məhdudiyyətlər qoymağı planlaşdırır. Fövqəladə vəziyyət rejimi də elan edilə bilər.