27 
Sen
2022
15:50
323

“Milli Hərəkat” parçalanmayacaq, parçalana bilməz" - Bejaşvili

“Milli Hərəkat”ı 2012-ci ildən sonra, 2016-cı, 2017-2018-ci illərdə parçalayırdılar, amma “Milli Hərəkat” parçalanmayacaq, parçalana bilməz".

InterPress.ge xəbər verir ki, “Milli Hərəkat”ın üzvü Levan Bejaşvili “Milli Hərəkat” parçalana bilərmi sualına belə cavab verib.

Levan Bejaşvili partiyada müəyyən problemli məsələlərin olduğunu inkar etməyib. 

"Təbii ki, ictimai arenaya partiyadaxili müzakirələr çıxanda bu, müəyyən problemli məsələlərin olduğunu göstərir, bu, partiyanın daxili siyasətidir. Bu proseslərin əsas problem olduğunu düşünmürəm. “Milli Hərəkat”ı 2012-ci ildən sonra, 2016-cı, 2017-2018-ci illərdə parçalayırdılar, amma “Milli Hərəkat” parçalanmayacaq, parçalana bilməz, çünki konkret bir fərd və ya şəxslərə əsaslanmır, “Milli Hərəkat” keçmiş və yaxşı təcrübəyə əsaslanan və gələcəyə aydın Avropa baxışına malik olan bu ölkənin inkişafına baxışdır”, - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər