27 
Sen
2022
12:49
1177

Kobaxidze Rusiya-Gürcüstan sərhədinin bağlanmamasının səbəbini açıqladı

"Rusiya-Gürcüstan dövlət sərhədinin bağlanmamasının əsas səbəblərindən biri həmvətənlərimizin Rusiya Federasiyasında yaşaması və onların da Gürcüstana daxil olmaqda maraqlı olmasıdır - sərhədin aprior bağlanması düzgün olmayacaq və bu, ilk növbədə, gürcülərin maraqlarına xələl gətirəcək".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalislərə "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze açıqlama verib.

Kobaxidze əlavə edib ki, “bundan başqa nəzərə alınmalı olan bir çox məsələlər var”.

Onun sözlərinə görə, “ölkənin təhlükəsizliyi heç bir halda təhlükə altına düşməyəcək və vəziyyət nəzarət altındadır”.

"Dövlət qurumları vəziyyətə nəzarət etmək üçün məsuliyyət daşıyır və indi vəziyyət əvvəldən axıra qədər nəzarətdədir. Təbii ki, Rusiyada yaşayan və Gürcüstandan getmiş insanların maraqlarını qorumaq bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Bütün məsələlər ölçülüb-biçilməlidir. Bu, dövlət qurumlarının işidir və onlar məsuliyyətlə işləyirlər. Ölkənin milli təhlükəsizlik maraqları qorunurdu və sona qədər də qorunacaq”, - İrakli Kobaxidze jurnalistlərə bildirib.

Bizimlə əlaqə saxlayın