Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda rus işğalçılarının şəxsi heyətini və texnikasını məhv edib.
InterPress.ge xəbər verir ki, Xersonda 7 ədəd “Ural” yük maşını, Melitopolda isə 10 ədəd silah və hərbi texnika məhv edilib və 20-dən çox işğalçı zərərsizləşdirilib.
Eyni zamanda, Baş Qərargah ukraynalıların Zaporojye vilayətinin Tokmak və Çerniqovka yaşayış məntəqələri ərazilərində S-300 raket kompleksini və 5 ədəd hərbi texnikanı məhv etdiyini, 50-dən çox rus hərbçisinin yaralandığını açıqlayıb.
